23 İyul, 2011
Altı ay ərzində Azərbaycana 1 milyondan çox turist gəlib

Bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı 1 milyonu keçib.

Simsar.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, ötən il xaricdən ölkəmizə 1 milyon 968 min turist gəlib.

“Bu il isə 6 ayın nəticələrinə görə bu göstərici 1 milyon 16 minə yüksəlmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz çoxdur”, - deyə nazir qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!