23 İyul, 2011
NORVEÇ POLİSİ PARTLAYIŞLA BAĞLI 3 NƏFƏRİ HƏBS EDİB

Norveç polisi bildirib ki, Osloda VG qəzetinin binasında bombanın partlaması nəticəsində iki nəfər həlak olub, onlarla insan yaralanıb

Polis törədilmiş partlayışda şübhəli bilinən 3 nəfər həbs edilib. Bundan başqa polis şəhərin mərkəzində bir şübhəli avtomobili mühasirəyə alıb.
Norveçin dövlət televiziya kanalı bildirib ki, partlayış hökumət evinin və digər dövlət idarələrin yaxınlığında baş verib. Partlayış neft sənayesi nazirliyinin binasında yayğına səbəb olub, bir çox binanın şüşələri qırılıb. Hadisə yerinə yaxın binalardan insanlar evakuasiya edilib.
Norveçin baş naziri Yen Stoltenbeq xəsarət almayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!