23 İyul, 2011
NORVEÇDƏ ÖLƏNLƏRİN SAYI 80 NƏFƏRƏ ÇATIB

Norveçdə gənclər düşərgəsində qətlə yetirilənlərin sayı 80 nəfərə çatıb

Oslo yaxınlığındakı Norveçin hakimiyyətdə olan Əmək partiyasının gənclər düşərgəsində polis formasında olan norveçlinin açdığı atəş nəticəsində azı 80 nəfər həlak olub.

RİA Novostinin verdiyi xəbərə görə, onlarla insan yaralanıb.
Hüquq-mühafizə orqanları hadisə qurbanların sayının çoxalma ehtimalını istisna etmirlər.
Xatırladaq ki, Norveçin paytaxtı Oslonun mərkəzində baş vermiş partlayışda 7 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Partlayış hökumət evinin və digər dövlət idarələrin yaxınlığında yerləşən VG qəzetinin binasında baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!