23 İyul, 2011
NAMƏLUM ŞƏXS GƏNCLƏR DÜŞƏRGƏSİNƏ ATƏŞ AÇIB

Terakt nəticəsində 9 nəfər həlak olub

Norveçin paytaxtı yaxınlığında polis formasında olan naməlum şəxsin gənclər düşərgəsində açdığı atəş nəticəsində 9 nəfər həlak olub.
Hadisə Norveçin hakimiyyətdə olan Əmək partiyasının gənclər təşkilatının yığıncağı zamanı baş verib.

Xatırladaq ki, bu hadisədən bir neçə saat əvvəl Osloda VG qəzetinin binasında bombanın partlaması nəticəsində 7 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!