23 İyul, 2011
AĞDAMIN İŞĞALINDAN 18 İL ÖTÜR

Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür

1993-cü il iyulun 23-də erməni hərbi birləşmələrinin işğalçı fəaliyyəti nəticəsində Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.

İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb və tamamilə məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər. Qeyd edək ki, Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. İşğal nəticəsində rayona 13 mlrd. 135 mln. ABŞ dolları həcmində ziyan dəyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!