23 İyul, 2011
CİNAYƏTKAR İSTİNTAQ TƏCRİDXANADA ÖLÜB

Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək həbs edilən şəxs təcridxanada ölüb

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün Bakı İstintaq Təcridxanasında qeydə alınıb. Təcridxanada saxlanılan 34 yaşlı Ağəli Hidayət oğlu Balayev naməlum şəraitdə dünyasını dəyişib. Mərhumun ölümünün səbəbləri məlum deyil. 

Bakı İstintaq Təcridxanasından isə bildirilib ki, təqsirləndirilən A. Balayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən A. Balayev qəsdən adam öldürmə təqsirləndirilir. Belə ki, ötən ayın 21-də Lənkəran şəhərində rayon sakini 34 yaşlı Ağəli Balayev münaqişə zəminində həmyaşıdı Anar Əliyevi qətlə yetirib. O, Anarı üzərində gəzdirdiyi bıçaqla kürək nahiyəsindən vurub.

Rayon Prokurorluğunun hadisə baş verən gün yaydığı məlumata görə, qətl borc pul üstündə törədilib. Qətlə yetirilən Anar Əliyevin Ağaəliyə 3 manat borcu olub. Həmin pul üstündə mübahisələri düşüb və nəticədə qətl baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!