23 İyul, 2011
SUMQAYIT ŞƏHƏRİNİN GERBİ QƏBUL EDİLİB

Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında şəhər gerbinin təqdimatı olub.

Şəhər gerbinin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş eskizlər mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, müsabiqəyə 50-yə yaxın eskiz qəbul edilib. Müzakirə prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə verilib. Sumqayıt sakinlərinin fikrincə, xüsusi komissiya tərəfindən seçilmiş gerb sülhsevər və pozitiv əhval-ruhiyyəli bu sahilyanı şəhərin tərəqqiyə can atması ideyasını inandırıcı şəkildə əks etdirir.

Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status qazanacaq. Bundan sonra Sumqayıt müəssisələrində buraxılan bütün məhsulların üzərinə Sumqayıtın gerbi vurulacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!