23 İyul, 2011
İRAN ORDUSU İRAQA GİRDİ

Sərhəddən 4 km irəliləyən İran ordusu onlarla terrorçunu məhv edib

İran ordusu İraqa daxil olub.Məqsəd İran-İraq sərhədlərini PKK terror təşkilatının İrandakı qolu PJAK terrorçularından təmizləməkdir. İyulun 21-dən Serdeşt şəhərində aparılan əməliyyatlarda İran İslam İnqilabını Mühafizə Korpusunun bir briqada generalı və 5 əsgəri həyatını itirib. Bundan öncə isə 1 əsgər ölüb, 3 əsgər yaralanıb.

İraq torpaqlarına 4 kilometr daxil olan İslam İnqilabını Mühafizə Korpusunun bölmələri Çoman, Hacıümnran, Pişdere, Kutaman, Berdenaz, Serdeşt, Şilo və Deşta Vezne bölgələrində PJAK-a aid çoxlu sayda düşərgə və silah anbarını məhv edib. Onlarla terrorçunu zərərsizləşdirib. İran hökuməti bölgə terrorçulardan təmizlənənə qədər əməliyyatların davam edəcəyini açıqlayıb.

Şimali İraqdakı Kürdüstan Bölgə Muxtariyyətinin rəhbərliyi isə İran ordusunun İraq torpaqlarında davam edən əməliyyatlarının və bombardmanının dayandırılması üçün mərkəzi İraq hökumətinin hərəkətə keçməsini istəyib./lent.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!