22 İyul, 2011
GUAM-Azərbaycan münasibətləri necədi?

Elmar Məmmədyarov qurumun baş katibi ilə görüşdə bu məsələ ətrafında müzakirə aparıblar

Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün GUAM-ın baş katibi Valeriy Çeçelaşvilini qəbul edib.

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş zamanı tərəflər münasibətlərin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıb.

Elmar Məmmədyarov və Valeriy Çeçelaşvili iqtisadi, humanitar, turizm, nəqliyyat və GUAM-ın beynəlxalq təşkilatlarla münasibətləri ilə bağlı məsələləri də müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!