22 İyul, 2011
Prezident Aybəniz Haşımovaya mənzil hədiyyə etdi

“Allah onu başımız üstündən əskik etməsin!”

Bu günə qədər bir neçə müğənniyə mənzil hədiyyə edən prezident İlham Əliyev əməkdar artist, müğənni Aybəniz Haşımovanı da sevindirib.

A.Haşımova Simsar.az-a bildirib ki, prezidentin hədiyyə etdiyi mənzilin sənədləri bu gün ona təqdim olunub. Yasamal rayonunda yerləşən üç otaqlı mənzil müğənninin ürəyincədir.

“Prezidentə dərin təşəkkürlərimi bildirirəm. Onun bu diqqəti mənim üçün olduqca dəyərlidir. Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Buna görə, biz prezidentimizə minnətdar olmalıyıq. Allah onu bizim başımız üstündən əskik etməsin!”

RAMİN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!