22 İyul, 2011
ALLAHŞÜKÜR PAŞAZADƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ İLƏ GÖRÜŞÜB

Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

QMİ rəhbəri Ərdoğanın türk xalqının həyatında oynadığı rolu yüksək qiymətləndirib.

“Türkiyə xalqı Ərdoğan kimi Baş naziri olduğu üçün öz taleyinə minnətdar olmalıdır” – deyə, o qeyd edib.

A.Paşazadə Dağlıq Qarabağ məsələsində Azərbaycana göstərdiyi dəstəyə görə Ərdoğana minnətdarlıq edib.

“Biz daim Türkiyənin dəstəyini hiss etmişik və ümid edirik ki, o, Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynayacaq. Biz həmçinin düşünürük ki, Türkiyənin Ermənistanla münasibətləri yalnız Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra yaxşılaşa bilər. Türkiyənin Baş nazirinin Fransada etdiyi bəyanatlar bizi daha da əminlik gətirir” - deyə, QMİ rəhbəri bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!