22 İyul, 2011
SİMSAR.AZ SAYTI VƏ “SİMSAR” JURNALI TƏBRİK OLUNDU-FOTO

“SİMSAR” Məhdud Məsuliyyətli Cəmiyyət Milli Mətbuat Gününü qeyd etdi

Milli Mətbuatın yaranmasının 136-cı ildönümü münasibətilə “SİMSAR” Məhdud Məsuliyyətli Cəmiyyət
“Simsar.az” saytının və “Simsar” jurnalının əməkdaşlarını təbrik edib.

Milli Mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə hər iki media qurumunun işçilərini Fəxri Fərmanla təltif edən “SİMSAR” MMC işçilərə yaradıcılıq uğurları arzulayıb.

“Simsar”çılar bayramı çay süfrəsi arxasında qeyd ediblər.

“SİMSAR” MMC həmçinin bütün Azərbaycan jurnalistlərini Milli Mətbuat günü münasibətilə təbrik edir.

“Azərbaycan mətbuatı ötən dövr ərzində mürəkkəb, keşməkeşli yollardan keçib. Müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır. Ölkənin inkişafı, demokratik vəziyyəti, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Bu mənada bütün Azərbaycan jurnalistlərinə öz sahələrində daha da püxtələşib, yeni-yeni uğurlar qazanmalarını arzu edirik” deyə, “SİMSAR” MMC-nin təbrikində deyilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!