22 İyul, 2011
Əsgərin boynu həqiqətən sınıb

Müdafiə Nazirıiyi təsdiq etdi

“Müdafiə Nazirliyinin Goranboyda yerləşən hərbi hissəsinin əsgəri hərbçi yoldaşı ilə əlbəyaxa olan zaman yıxılaraq küt onurğa travması alıb”.

Bunu Müdafiə (MN) Nazirliyinin əsgəri Əliyev İxtiyar Rizvan oğlunun boynunun sınması barədə mətbuatda dərc olunan məlumatlarla əlaqədar APA-nın sualına cavab olaraq MN-in mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.
T. Abdullayev bildirib ki, əsgər Əliyev İxtiyar Rizvan oğlu əsgər yoldaşı Əliyev Elmir Müşfiq oğlu ilə əlbəyaxa olan zaman yıxılıblar: “Yerə yıxılan Elmir Əliyev İxtiyar Əliyevin üstünə düşüb, nəticədə sonuncu əsgər onurğanın küt travması, boyun fəqərəsinin sınığı xəsarəti alıb. Hazırda o, hospitalda müalicə olunur”.
T. Abdullayev faktla bağlı araşdırma aparıldığını deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!