22 İyul, 2011
DAĞISTANDA 2 POLİS ÖLDÜRÜLDÜ

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin ekstremizmlə mübarizə mərkəzinin rəhbəri Əhməd Bataliyevə sui-qəsd edilib

Simsar.az xəbərinə görə, “RİA Novosti”nin verdiyi məlumatda , sui-q əsd zamanı 2 polis əməkdaşı həlak olub, Ə. Bataliyev zərər çəkməyib.

Hadisə iyulun 22-də Moskva vaxtı ilə sat 08.30-da Mahaçqala şəhərində baş verib. Ekstremizmlə mübarizə mərkəzinin əməkdaşları avtomobillə idarəyə yaxınlaşarkən naməlum şəxslər avtomobilə yaylım atəşi açıblar. Nəticədə Ə. Bataliyevi müşayiət edən 3 polis ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!