22 İyul, 2011
İmişlidə yeni polis rəisi

Əvvəlki rəis Lerik rayonuna göndərilib

Simsar.az-ın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə Bakının Nəsimi rayon Polis İdarəsinin rəis müavini Vaqif Müslümov təyinat alıb. 


Qeyd edək ki, bir müddət əvvəl İmişli Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!