22 İyul, 2011
ALİ MƏKTƏBLƏRİNƏ İXTİSAS SEÇİMİ BAŞLADI

Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ixtisas seçiminin iyulun 24-də başlaması nəzərdə tutulmuşdu, lakin iki gün əvvələ keçirildi.

Abbaszadə qeyd edib ki, ixtisas seçimi avqustun 2-dək davam edəcək. Abituriyentlər elektron ərizələrlə ixtisas siyahılarını təqdim edə bilərlər.

Trend

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!