22 İyul, 2011
Yenə üzümüzü «Qarabağ» güldürdü

Təşəkkürlər Qurban Qurbanov

Avropada yenə "Qarabağ"ın ümidinə qaldıq. Ötən iki mövsümdə olduğu kimi Ağdam klubu Avropa Liqasındakı uğurlu çıxışını davam etdirdi. AZAL, "Neftçi" və "Xəzər Lənkəran" Avrokuboklarda mübarizəni dayandırandan sonra tək ümidimiz "Qarabağ" oldu.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Farer adalarının "Streymur" klubunu qəbul edən Ağdam klubu 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilmədi və matç 0:0 hesabı ilə başa çatdı. İlk oyun 1:1 hesabı ilə bitdiyindən "Qarabağ" səfər qolu sayəsində sevindi. Beləliklə, komandamız iki oyunda qələbə qazanmadan mərhələ adladı.
Qeyd edək ki, "Qarabağ"ın növbəti mərhələdəki rəqibi Belçikanın "Brügge" klubu olacaq. Komandamıza uğurlar arzulayırıq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!