22 İyul, 2011
100 MİN KİLO QIZILDAN YAXTA HAZIRLANIB

Onun qiyməti 4,85 milyard dollardır.

Dünyaının ən bahalı yaxtası artıq dəniz və okean səyahətlərinə hazırdır. Rusiyalı milyarder Roman Abramoviçin indiyədək ən bahalı sayılan meqayaxtasından da 6 dəfə bahalı olan bu yaxta adı açıqlanmayan malayziyalı iş adamına məxsusdur.

"Baia 100 Supreme" adlı yaxtanın hazırlanması üçün 100 min kiloqram saf qızıl və platindən istifadə olunub.

"History Supreme" seriyasına mənsub olaraq 30 metr uzunluğa malik yaxta 3 il tikilib.
Qızıl və platinlə yaxtanın özəyi, göyərtələri, döşəmələri, nahar zalı, yataq otaqları, sürahiləri və lövbərləri bəzədilib.

Yataq otaqlarından birinin divarları meteroit və Təbaşir dövründə yaşamış tiranozavrın sümükləri ilə bəzədilib.

Yaxtanın sahibinin malayziyalı iş adamı Robert Kuok olduğu güman edilir. 12,5 milyardlıq varidata malik Kuok pullarını şəkər və palma yağı ticarəti, habelə yük daşımaları və daşqınmaz əmlakla bağlı əməliyyatlar vasitəsilə qazanıb.

"Asia Times" isə hesab edir ki, yaxta Malayziyanın ən böyük mobil rabitə operatoru "Maxis Communications"un saşibi, 9,5 milyard dollarlıq sərvət yiyəsi Anand Krişnana məxsusdur.

"Baia 100 Supreme"un dizaynı Stüart Hyuzdur. İngiltərənin Liverpul şəhərində yaşayan bu dizayner əvvəllər də unikal zərgərlik layihələri ilə məşhur idi. Məsələn o, 8 milyon dollarlıq "iPhone 4" hazırlayıb.

"Sifarişçi əvvəlcə ən bahalı təyyarə istəmişdi. Lakin belə təyyarə səmaya qalxa bilməyəcəyindən yaxta istədi", -Hyuz deyib.
İtaliyadakı tərsanələrdə inşa edilmiş yaxtanın bəzək işləri Malayziyada başa çatdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!