21 İyul, 2011
"ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ...."

“Azərbaycanda siyasi müxalifət gülləbaran edilməyib" - Əli Həsənov 

Azərbaycandakı vəziyyət, siyasi partiyalar və onların fəaliyyəti, ölkədə media azadlığı və medianın, söz azadlığının vəziyyəti bütün dünyada dəyərləndirilən normalardır. Bunu cümə axşamı Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə bəyanatını şərh edərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


"Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib, fərqli düşünənlərdən və mitinqə çıxanlardan bir dəfəyə 10 nəfər öldürülməyib. Belə hadisələrlə zəngin olan Ermənistan rəsmiləri gərək bu sözləri dillərinə alıb Azərbaycanla özlərini müqaysə etməsinlər", - Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, xarici dövlətlər dəfələrlə postsovet ölkələri ilə Azərbaycanı müqayisə edib və həmişə Azərbaycanı Ermənistandan üstün tutublar.

Serj Sarkisyan Ermənistanın miqrasiya məsələləri ilə bağlı iclasda Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə bəyanat verib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!