21 İyul, 2011
TEMPERATUR 42 DƏRƏCƏYƏ ÇATACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti
xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40 dərəcəyə, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

 Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir. Günün qızmar vaxtında açıq havada olmaq məsləhət görülmür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!