21 İyul, 2011
ABŞ Nümayəndələr Palatasında Türkiyə əleyhinə qərar

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Türkiyəni xristian kilsələrini geri qaytarmaq və ölkədəki xristian azlıqların təqibini dayandırmağa səsləyən qanunverici düzəlişi qəbul edib.

APA-nın Amerika Erməni Milli Komitəsinin saytına istinadən verdiyi məlumat görə, konqresmen Hovard Berman və Ed Roysun müəllifi olduğu bu düzəliş 306 nömrəli “Kilsələrin qaytarılması”adlı qətnaməyə aiddir. 

Qanunverici təşəbbüsün lehinə 41, əleyhinə isə 1 nəfər səs verib. Sənəddə Türkiyə hökümətindən erməni, yunan, assuriyalı və digər xristian icmalarına aid olduğu deyilən kilsələri həmin xalqlara qaytarmaq tələb olunur. Düzəliş müəllifləri iddia edirlər ki, ötən əsrin əvvəlində Türkiyədəki erməni və digər qeyri-müsəlman xalqlarının çoxlu sayda kilsəsi müsadirə edilmişdi və indi türk höküməti beynəlxaql öhdəliklərini yerinə yetirərək həmin kilsələri sahiblərinə qaytarmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!