21 İyul, 2011
Moskvada qafqazlıların maşınları yandırıldı

Rus millətçiləri yenə başlayıb

Moskvada bir gecədə Qafqaz nömrə nişanları olan 3 avtomobil yandırılıb. Polislər şübhə etmir ki, yanğını Moskva ətrafında fəaliyyət göstərən “millətçi-piroman” qruplaşmasının üzvləri törədib.

Bu barədə Simsar.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Moskva polisi bildirib: “Yandırılan avtomobillər bir birlərindən 100 metr aralıda olublar. Güman olunur ki, hadisəni törədənlər qəsdən qafqaz nömrələri ilə olan avtomobilləri seçiblər. Yanan avtomobilin ikisi Dağıstanda qeydiyyatdadır. Daha sonra, Kabardino-Balkar nömrəsi olan “Jiquli”lər yandırılıb.

Oxşar faktlara əsasən, Moskva ətrafında Balaşixda naməlum şəxslər tərəfindən şimali qafqaz nömrələri ilə ola 8 avtomobili yandırdılar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!