21 İyul, 2011
Azərbaycan nümunə göstərilir

AŞPA rəsmisi xalqın daxili keyfiyyətlərinə diqqət çəkdi

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının sədri Luka Volonte Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən dəyirmi masada bildirib.

L. Volonte deyib ki, Azərbaycan nümunəsi tolerantlıqla bağlı yürüdülən siyasətlə məhdudlaşmır, həm də Azərbaycan xalqının daxili keyfiyyətinin təzahürüdür: “Dini azadlıq ən önəmli şəxsi azadlıqlardan birdir. Azərbaycanda bu real durumu öyrənmək bizim üçün maraqlıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!