21 İyul, 2011
Həmkarlar İttifaqları Konfederasiyası KİV təmsilçilərini mükafatlandırıb

Səttar Mehbalıyev: "Konfedrasiyanın qapısı hər jurnalist üçün açıqdı"

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mətbuat günü münasibəti ilə ölkənin bir sıra KİV təmsilçilərinin mükafatlandırma mərasimi keçirib.

Simsar.az xəbər verir ki, mükafatlandırma mərasimində Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir və onun qapısı hər bir jurnalist üçün açıqdır.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri ölkənin bir sıra kütləvi informasoya vasitələrinin nümayəndələrinə fəxri fərmanlar təltif edib və onlara pul mükafatı verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!