21 İyul, 2011
Səttar Mehbalıyev jurnalistlərə 15-min manat ayırdı

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası yazı müsabiqəsi elan etdi

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkə jurnalistləri üçün yazı müsabiqəsi elan edib.

Simsar.az xəbər verir ki, Həmkarlar İttifaqı Konfederasiyasında 22 iyul- Milli Mətbuat günü müsabitəlilə keçirilən tədbirdə AHİK-nın sədri Səttar Mehbalıyev bildirib ki, bu ilin sonunadək keçiriləcək yazı müsabiqəsi üçün 15 min manat pul ayrılacaq. Müsabiqədə 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yerin sahiblərinə isə müvafiq olaraq 800 və 500 manat pul veriləcək.

Səttar Mehbalıyev güman edib ki, Həmkarlar İttifaqı Konfederasiyasının təşkil etdiyi yazı müsabiqəsinə oktyabr-noyabr aylarında yekun vurulacaq.

Yazı müsabiqəsinin tam şərtləri barədə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası barədə yaxın günlərdə ətraflı məlumat verəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!