21 İyul, 2011
AYBƏNİZ HAŞIMOVA: "AYNİŞAN BAYRAĞI DÜZ TUTUB, SİZ ONU TƏRSİNƏ GÖRÜRSÜZ"

"Bayraq heç yerə sancılmayıb"

Aynişan Quliyeva Belorusda keçirilən “Slavyan Bazarı Vitebsk - 2011” festivalında bayrağımızı başı-aşağı tutub. Gənc müğənninin Vətənə qayıtdıqdan sonra mediaya yaydığı fotolarda Azərbaycan bayrağını tərsinə tutduğunun şahidi oluruq.

Aynişan “Slavyan Bazarı Vitebsk - 2011” festivalda yer tuta bilməsə də, Belarusun Rabitə Birliyi özünün xüsusi “Simpatiya” mükafatını qazanıb və eyni zamanda festivalın diplomantı olub.

Aynişanın anası, əməkdar artist Aybəniz Haşımova isə qızının yanlışlığa yol vermədiyini deyir. O, Simsar.az-a açıqlamasında bildirib ki, Aynişan bayrağı tərs tutmayıb, sadəcə jurnalistlərin gözünə tərs görünür: “Camaat səhnəyə Türkiyə bayrağı ilə çıxır, hec dinmirsiz, oturub burdan səhv tutursunuz. Belə vətənpərvərsinizsə, gedib Belorusda qızıma dəstək olaydınız. Bu günə qədər bir nəfər də olsun zəng edib qızımı və ya məni təbrik etməyib. Tərs və ya düz, əsas odur ki, Azərbaycan bayrağını tutub. Aynişanın uğurlarına sevinməkdənsə, həyacandan yaranan texniki xətaya bu qədər diqqət kəsilmək yersizdir. Bayraq heç yerə sancılmayıb. Və səhv asılmayıb. Necə olubsa qızım onu tutarkan fotoqraflar tələskənliyə yol veriblər. Aynişan da, onun ailəsi də bayrağı, vətəni canlarından artıq sevirlər. Bu başqa cür ola bilməz. Ən azından onun atası bayraq, vətən uğrunda şəhid olub”

A.Haşımova bir daha qeyd edib ki, Aynişan Azərbaycan bayrağını tərs tutmayıb.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!