21 İyul, 2011
Sabah sonuncu imtahan olacaq

İmtahanlar 4 şəhərdə baş tutacaq

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahan keçirəcək.

 TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə və Şəki şəhərlərində təşkil olunacaq. 


Qeyd edək ki, bu, iyulun 3-də III ixtisas qrupu, iyulun 10-da I ixtisas qrupu, iyulun 16-da IV ixtisas qrupu üzrə imtahanlar keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!