20 İyul, 2011
Qatar Xırdalanda faciə yaradacaqdı

Bir neçə vaqon relsdən çıxıb

Ötən gecə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Xırdalan stansiyasının ərazisində yük qatarı yoldan çıxıb. Qatarın yaxınlıqda yerləşən sakinlərin evlərinin üstünə aşması təhlükəsi yaranıb. Bu barədə Simsar.az saytına hadisə zamanı həmin ərazidə yaşayan sakinlərdən biri məlumat verib.

Onun sözlərinə görə, Xırdalan stansiyasında manevr edən qatar, vaqonlar boşalıb geri çəkiləndə aşma təhlükəsi ilə üz-üzə qalıb: “ İkinci yolda vaqonlar yoldan çıxıb. Hadisə nəticəsində qatarların hərəkəti dayanamayıb. Artıq elektrik verilişi bərpa edilib”.

Hadisə yerində olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisənin səbəblərini araşdırır.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!