20 İyul, 2011
YOL POLİSİ SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Respublika Dövlət Yol Polisi İdarəsi avtomobillərin texniki baxışı ilə əlaqədar sürücülərə müraciət edib

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, iyulun 15-dən Bakı şəhəri və Abşeron rayonunda qeydiyyatda olan hüquqi və fiziki şəxslərə məxsus avtomotonəqliyyat vasitələrinə illik dövlət texniki baxışı yalnız İdarənin Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən, yeni istifadəyə verilmiş, 15 müayinə xəttindən ibarət olan texniki müayinə mərkəzində keçirilir.

Müayinə mərkəzində yeni sistemin tətbiqi ilə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi üçün ümumilikdə cəmi 15-20 dəqiqə vaxt sərf olunur.

Bu səbəbdən nəqliyyat vasitələrinin sürücüləri və sahiblərindən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün yalnız həmin mərkəzə müraciət etsinlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!