20 İyul, 2011
İSRAİL FRANSIZ GƏMİSİNİ ƏLƏ KEÇİRİB

Qəzzaya yardım aparan gəmi Israilin Aşdod limanında saxlanılır

İsrail silahlı qüvvələri Qəzzaya hərəkət edən Fransa bayrağı ilə üzən "Onur el Karame" adlı gəmiyə nəzarəti ələ keçirib. Fransız gəmisi Qəzza istiqamətini dəyişdirmədiyinə görə İsrail gəmiləri tərəfindən muhasirəyə alınıb. İsrail ordusundan verilən məlumata görə, "Onur el Karame" gəmisinin ələ keçirilməsi zamanı hərhansı bir müqavimətlə üzləşilməyib. İsrail ordusunun baş qərargah rəisi Beni Gantzın təlimatına əsasən ələ keçirilən gəmi İsrail Aşdod limanına aparılıb. Bir müddət əvvəl isə Yunanıstandan bir gəmi karvanı Qəzzaya yardım aparmaq üçün yola çıxacaqdı. Lakin İsrail lobbisinin səyləri ilə bu səfər baş tutmamışdı. Ötən il isə İstanbuldan başlayan bənzər səfər qanlı nəticələnmiş, 9 türk vətəndaşı İsrail əsgərləri tərəfindən öldürülmüşdü.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!