20 İyul, 2011
Lənkəranın baş həkimi işdən çıxarıldı

Yeni baş həkim təyin olunmayıb

E.Ağakərimoğlu. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) baş həkim İlyas Səmədov tutduğu vəzifəsindən kənarlaşdırılıb. Bu barədə SalamNews-un cənub bürosuna xəstəxanadan məlumat verilib.

Hələlik baş həkim vəzifəsi yeri vakantdır. Onun vəzifəsini müvəqqəti olaraq müavini Əbülfət Məmmədov yerinə yetirir.

Bildirək ki, sabiq baş həkimin vəzifədən getməsi barədə söz-söhbət onun Lerik rayonu ərazisində yol qəzasına düşməsindən sonra yayılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Səmədağa Abdullayev deyib ki, Lənkərana yeni baş həkim Səhiyyə Nazirliyi tərəfindən təyin olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!