20 İyul, 2011
Jurnalistlərin evi 2 ilə hazır olacaq

Əli Həsənov: “Yəqin ki, bu günlədərdə tenderin nəticələri elan olunacaq”

“Jurnalistlər üçün tikilməsi nəzərdə tutulan binanın inşaası ilə bağlı lazımi sənədləşmə işləri gedir. Yəqin ki, bu günlədərdə tenderin nəticələri elan olunacaq. Bununla binanın tikintisini davam etdirəcək firma bəlli olacaq. Düşüncəmizə görə, qarşıdan gələn 24-26 ay müddətində bina tam istifadəyə veriləcək».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov həmçinin bildirib ki, milli mətbuatın 136-cı ildönümü ilə bağlı ayrı-ayrı media qurumları, o cümlədən Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu kimi təşkilatların xətti ilə müxtəlif bayram tədbirləri keçirilir. İyulun 22-də bu qurumların ümumiləşmiş bir tədbiri keçiriləcək.Həmin tədbirdə media orqanlarından fərqlənmiş jurnalisilərə ayrı-ayrı mükafatlar təqdim olunacaq.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!