20 İyul, 2011
LEOPARD İNSANI PARÇALAMAQ İSTƏDİ-FOTO

Nəhəng pişiyi diqqəti yayınandan sonra sakitləşdirmək mümkün olub

Hindistanın Siliguri şəhərində meşədən çıxıb bir qəsəbədə özbaşına gəzməyə başlayan leopard, 6 adamı pəncə ataraq yaraladı.

Simsar.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, leopard meşə təhlükəsizliyinə məsul olan şəxslərdən birinə hücum edərək onu yaralayandan sonra qaçıb. Leopard sakitləşdirmək uzun müddət mümkün olmayıb.

Ancaq əhalinin sıx olduğu bölgəyə gələndən və izdihamı görəndən sonra nəhəng pişiyin diqqəti onu izləyənlərdən yayınıb. Və bununla da onu müxtəlif vasitələrlə sakitləşdirmək mümkün olub.

Kameralar leopard və insane çarpışmasını aydınlığı ilə lentə ala bilib.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!