20 İyul, 2011
BAKIDAKI QƏTİLLƏR BAŞ POLİS İDARƏSİNİ AYAĞA QALDIRDI

Paytaxt polisləri əməliyyat müşavirəsinə toplandı

Simsar.az-ın məlumatına görə, müşavirə 2011-ci ilin I yarısının yekunlarına həsr olunub. Müşavirədə çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Azərbaycanın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının var qüvvəsi ilə çalışdığını bildirib. O, hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatın, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edib. 

Müşavirə hesabat məruzələri ilə davam etdirilir. Müşavirədə, həmçinin son günlər Bakı şəhərində qeydə alınan ağır cinayət hadisələri ilə bağlı da müzakirələrin aparılacağı gözlənilir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!