20 İyul, 2011
Şeyx TBMM-nin sədri ilə bir arada

Görüşdə jurnalistlər olmayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ankarada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Türkiyənin diyanət işləri başkanı Mehmet Görməz də iştirak edib. Görüş mətbuatın iştirakı olmadan keçib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Hüseynbala Mirələmov və Cavanşir Paşazadə də təmsil olunub.

A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti həmçinin Türkiyə diyanət işləri başkanı Mehmet Görməz tərəfindən də qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!