20 İyul, 2011
“Fənərbağça” və “Beşiktaş” arasında oyun təxirə salındı

Türkiyədə danışılmış oyunlarla bağlı istintaq aparıldığı bir dönəmdə Türkiyə Futbol Federasiyası ilk qərarını açıqlayıb.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar 2 saat sürən toplantıdan sonra jurnalistlərə açıqlamasında deyib ki, iyulun 31-də “Fənərbağça” və “Beşiktaş” arasında keçirilməsi nəzərdə tutulan superkubok oyunu təxirə salınıb. 

Türkiyədə yeni futbol mövsümünün başlaması üçün də danışılmış oyunlarla bağlı prokurorluğun federasiyaya təqdim edəcəyi sənədlər gözləniləcək. Buna əsasən super liqa və birinci liqada oyunların təxirə salınıb-salınmayacağı barədə qərar veriləcək. Prokurorluğun təqdim etdiyi bu sənədlərin saxlandığı otağa yalnız xüsusi barmaq izi əsasında bəzi şəxslər daxil ola biləcək.
Avropa kuboklarında oynayacaq Türkiyə komandalarının siyahısında isə hər hansı dəyişiklik yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!