19 İyul, 2011
ŞEYX TÜRKİYƏDƏ GÖRÜŞLƏRƏ BAŞLAYIB

Bütün Qafqazın şeyxi Türkiyə Diyanət İşləri başçısı Mehmet Görməzlə birgə mətbuat konfransı keçirib

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Türkiyədə görüşlərə başlayıb. Türkiyədə səfərdə olan Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Diyanət İşləri başçısı Mehmet Görməzlə birgə mətbuat konfransı keçirib. 

Konfransda Azərbaycan və Türkiyə arasındakı əlaqələr başqa ölkələrə nümunə göstərilib. Türkiyə Diyanət işləri başçısı isə həm də son illərdə din adamlarına, müftilərə, islam universiteti rektorlarına qarşı başlayan sui-qəsdlər və terror hadisələrini pisləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!