19 İyul, 2011
Hansı ölkənin nefti çoxdu?

Belə yataqların işlənməsi üçün böyük investisiyalar lazımdır

lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, OPEK-in məlumatları Venesuelanın neft ehtiyatlarının 296,5 milyard barel olduğunu təsdiq edir. 

Keçən il aşkarlanan yataqlar hesabına Venesuela neft ehtiyatlarını 40 faiz artırıb. Bu, Səudiyyə Ərəbistanının 2009-cu ildə təsdiqlənmiş 264,5 milyard barel ehtiyatını arxada qoymağa imkan verib.

London Beynəlxalq Enerji Tədqiqatları Mərkəzinin baş iqtisadçısı Leo Drollas deyib ki, OPEK artıq ağır nefti də ehtiyat kimi hesablamağa başlayıb: “Ancaq belə yataqların işlənməsi üçün böyük investisiyalar lazımdır. İndiki situasiyada isə Venesuela belə investisiyalar almır. Bu ehtiyatlar faktiki əlçatmazdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!