19 İyul, 2011
Tehranda qələbəlik

Əhali məşhur idmançını son mənzilə yola salır

İyulun 18-də İranın paytaxtı Tehranda on minlərlə insan İran milli idmanının simvolu sayılan Ruhulla Dadaşın dəfnində iştirak etmək üçün küçələrə axışıb. Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ruhulla Dadaş Tehranda bıçaqlanaraq öldürülüb. 

Üç nəfər avtomobildən düşərək idmançıya hücum çəkib. Hücum çəkənlərin əlində bıçaq olub. 40 dəqiqə davam edən qanlı çəkişmə nəticəsində 50 bıçaq yarası alan idmançı həyatını itirib. Cinayətkarlar Tehranı tərk edən zaman polis tərəfindən yaxalanıblar.

Ruhulla Dadaş İranın ali dini lideri Əlit Xamneyi və prezident Mahmud Əhmədinejad arasındakı pərdəarxası çəkişmənin qurbanı sayılır. İdmançı uzun illər tərəfdarı olduğu Əli Xamneyini Mahmud Əhmədinejada təzyiq etdiyi üçün açıq şəkildə tənqid edib. Dini liderin qisası da gecikməyib...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!