19 İyul, 2011
ABŞ-DA 13 NƏFƏR İSTİDƏN ÖLÜB

Ölkənin şərqində anomal hava şəraiti hökm sürür

Amerika Birləşmiş Ştatlarının şərqində anomal istilər hökm sürür. Son bir həftə ərzində Birləşmiş Ştatlarda müşahidə edilən isti hava şəraiti insan ölümünə yol açıb. Belə ki, istidən 13 nəfər ölüb.
Ölkənin 18 ştatında bir neçə gündür ki, temperatur 40 dərəcədən yüksəkdir. Bu ştatlarda kəskin istilərin davam edəcəyinə dair xəbərdarlıq edilib.

Miçiqan ştatından Florida ştatınadək bir çox şəhərlərdə son illərin ən yüksək temperatur rekordu təzələnib. Dövlət müəssisələri bağlanıb. Anomal istilərin bu həftənin sonlarınadək davam edəcəyi proqnozlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!