19 İyul, 2011
“SİMSAR” ARZUMUN MAHNI PLAGİATLIĞININ ÜSTÜNÜ AÇDI-VİDEO

Müğənninin bəstəkarlıq cəhdi boşa çıxdı

Bir müddət əvvəl “Lava” adlı mahnını dinləyicilərə təqdim edən müğənni Arzum sözlərlə yanaşı musiqinin də özünə məxsus olduğunu açıqlamışdı.

Simsar.az saytının araşdırması nəticəsində Arzumun plagiatlıq etdiyi üzə çıxıb. Bəlli olub ki, Arzunun “mənimdir” dediyi mahnının musiqisini Bolqar müğənnisi Azis səsləndirib. Onun oxuduğu mahnının adı isə “Ledena kralitsa”dır.

Məsələyə aydınlıq gətirmək üçün Arzumla əlaqə saxlamaq istəsək də cəhdimiz boşa çıxdı. Müğənniyə etdiyimiz telefon zəngləri cavabsız qaldı.

Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!