19 İyul, 2011
“SİMSAR”IN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Teymur Əmrahın “Bağışla” mahnısı bu həftə liderdir 

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Teymur Əmrahın 263 səs toplayan “Bağışla” mahnısıdır. Tamaşaçıların səsverməsinə əsasən ikinci yeri 210 səslə Agadadas Agayevin “Teki Mene Sevirem De” mahnısı, üçüncü yeri isə 126 səslə Röya Ayxanın “Axtarıb tapdım”mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə Aysel Teymurzade “Say may be” (105 səs), beşinci yerdə Xəyyam Nisanov “Ağ mələyim” (98 səs) mahnılarıdır.

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Safura Əlizadənin “March On”, Elçin Cəfərovun “Sən demə”, Brilliant Dadashovanın “Yagiş”, Namiq Qaracuxurlunun “Niye Bele Oldu”, Bilal Əliyevin “Bu Gece” mahnısı ilə əvəzlənir. Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!