19 İyul, 2011
DAHA İKİ KEÇİD TİKİLİR

Bakıda daha iki piyada keçidinin tikintisinə başlanılır

2011-ci ilin birinci yarısında Bakıda Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, “Azneft” meydanında, Neftçilər prospekti, 81 ünvanında və Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində 7 yeraltı piyada keçidlərinin tikintisi davam etdirilib. Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən AzərTAc-a bildiriblər ki, hazırda Parlament prospektində və “Şəfa” stadionunun qarşısında da müxtəlif səviyyəli piyada keçidlərinin tikintisinə başlanılması nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!