19 İyul, 2011
ATƏŞKƏS POZULDU

İtki yoxdur

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 18-də saat 17.15-dən 17.25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 23.15-dən 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri ərazisində yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!