18 İyul, 2011
Arif Hacılı Apellyasiya Məhkəməsinə şikayət etdi

Müsavat funksioneri 5 aydan çoxdur həbsxanadadır

İyulun 15-də Səbayel rayon məhkəməsinin Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı haqqında çıxardığı həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərarından apelyasiya şikayəti verilib.


 Bu barədə Simsar.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə bu gün təqdim olunub. 

Qeyd edək ki, A. Hacılının həbs-qətimkan tədbiri Bakı Şəhər Prokurorluğunun təqdimatı ilə artırılmışdı. Prokurorluq istintaqın başa çatmadığını əsas gətirərək, həbs-qətimkan tədbirinin uzadılmasını istəmişdi.

Xatırladaq ki, Arif Hacılı haqqında aparılan ibtidai istintaq artıq yekunlaşıb, müdafiə tərəfi işlə tanış olur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!