18 İyul, 2011
AZƏRBAYCANDA 3 AYDA 18 PARTLAYIŞ VƏ 70 YANĞIN

Cəmi 62 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyi bu ilin ikinci rübündə baş verən partlayışların statistikasını açıqlayıb.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərdi evlərdə 10 partlayış baş verib, 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. 

Çoxmənzilli yaşayış binalarında 5 partlayış baş verib, 8 nəfər xəsarət alıb. Sosial-məişət və mədəniyyət təyinatlı binalarda 1 partlayış qeydə alınıb. Nəticədə 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb. İnzibati binalarda 1 partlayış olub, 3 nəfər yaralanıb. Bir ticarət obyektində baş verən partlayışda isə 1 nəfər xəsarət alıb. Texnoloji qurğularda isə 1 partlayış olub, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Ümumilikdə, partlayışlar nəticəsində 3 nəfər həyatını itirib, 32 nəfər xəsarət alıb

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilin ikinci rübündə 70 təbii mənşəli hadisə baş verib, 1 nəfər həyatını itirib, 3 nəfər xilas edilib. 

Rüb ərzində baş verən 2 min 549 texnogen mənşəli hadisə zamanı isə 35 nəfər həyatını itirib, 102 nəfər xəsarət alıb, 30 nəfər xilas edilib. 3 ay ərzində 2 min 426 yanğın hadisəsi olub. Bu yanğınların 789-u çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş verib. Nəticədə 18 nəfər ölüb, 38 nəfər xəsarət alıb. 1055 yanın açıq sahələrdə olub, bu zaman ölən və xəsarət alan olmayıb. Meşə və meşə talalarında 1 yanğın hadisəsi baş verib. Nəqliyyat vasitələrində 129 yanğın olub, 8 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 547 digər yanğın hadisəsində 4 nəfər ölüb, 18 nəfər cəsarət alıb. Ümumilikdə, son 3 ayda yanğın hadisələri zamanı 30 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!