18 İyul, 2011
Tələbələr neftə alışdırılır

Onlar ARDNŞ Ekologiya İdarəsində təcrübə keçir

Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması və sairə ixtisaslar üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Yay təcrübəsi proqramı” keçirir.

ARDNŞ-nin Ekologiya İdarəsindən Simsar.az-a bildirilib ki, ikinci dəfədir reallaşan bu proqram-layihə gənc mütəxəssislərin neft sənayesinin müxtəlif sahələrində bilik və təcrübələrinin artırılması məqsədi ilə həyata keçirilir. Müsabiqə yolu ilə seçilən 18 ali məktəb üzrə 226 tələbədən ekologiya və ətraf mühitin mühafizəsi ixtisası üzrə 7 nəfər Ekologiya İdarəsinə təhkim edilib.

Ekologiya İdarəsində yay təcrübəsi keçəcək tələbənin fərdi mühafizə vasitələri ilə təmin olunması haqqında müvafiq strukturlara göstəriş verilib. Layihənin proqramına uyğun olaraq, onlar müvəqqəti əmək müqaviləsi əsasında ekoloji tədqiqatlar ekspedisiyasinda və Kompleks Tədqiqatlar Laboratoriyasında 2 aylıq əmək haqları 277 AZN olmaqla 9-cu dərəcəli ətraf mühitin mühafizəsi üzrə mühəndis vəzifələrində çalışacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!