18 İyul, 2011
İqtisadi Inkişaf Nazirliyi layihələri maliyyələşdirməyə hazırdır

Qurum istiqamətləri açıqladı

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasını daha da sürətləndirilməsi, həmçinin iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması və taxılçılıqla məşğul olan təsərrüfatların yüksək keyfiyyətli məhsuldar toxumlarla təmin edilməsi məqsədilə

Nazirliyin mətbuat xidmətindən Simsar.az saytına daxil olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yüksək keyfiyyətli taxıl və toxum istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu

ELAN EDİR

İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələr:
iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması və ya kiçik təsərrüfatların könüllülük prinsipi əsasında birləşməklə, böyük taxıl və toxum istehsalı təsərrüfatlarının təşkil olunması;
taxılçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək keyfiyyətli məhsuldar toxumların (orijinal, superelit, elit, R1 və R2), o cümlədən müxtəlif aqrotexniki maşın, texnika və dərman preparatlarının alınması, taxıl və toxumun saxlanması üçün müasir tələblərə cavab verən anbar komplekslərinin yaradılması;
taxılçılıq və toxumçuluğun davamlı-elmi təminatının yaxşılaşdırılması və qabaqcıl təcrübənin öyrənilməsi üçün dövlətin dəstəyi ilə ixtisaslı mütəxəssis-kadrların və peşə yönümlü işçilərin inkişaf etmiş ölkələrdə təlim kurslarında iştirakı;  
investisiya layihəsi çərçivəsində yüksək keyfiyyətli və məhsuldar buğda toxumunun əkilməsi;
taxılçılıq (toxumçuluq) təsərrüfatları tərəfindən yüksək keyfiyyətli və məhsuldar taxıl (toxum) yetişdirilməsi məqsədilə müvafiq rayonlaşdırılmış torpaq sahələri və əlverişli infrastrukturun təmin olunması;
aqrotexniki, ekoloji və digər qaydalara və tələblərə əməl olunmaqla taxıl yetişdirilməsi məqsədilə təsərrüfatların təcrübəli mütəxəssis (aqronom) və müvafiq kənd təsərrüfatı texnikası ilə təmin edilməsi;
investisiya layihəsi çərçivəsində melorasiya, irriqasiya işlərinin aparılması və müasir suvarma sistemlərinin yaradılmas
İnvestisiya layihəsinin təqdim edilməsi: Sahibkarlıq subyektləri investisiya layihələrinə dair məlumatları müvəkkil kredit təşkilatları vasitəsi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim etməlidirlər.
İnvestisiya layihəsinə dair qərarın elan olunması: Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondunda və ya “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də baxılacaqdır. İnvestisiya layihələrinin maliyyələşdirilməsi Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli kreditləri və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaiti hesabına həyata keçiriləcəkdir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Təşkilatın adı: İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Telefon: Əlaqələndici şəxs: Samir Hümbətov (012) 432-39-69 ;433-63-66,
Faks: (012) 433-63-68
e-mail: info@anfes.gov.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!