18 İyul, 2011
Əfqanıstandakı təyyarəyə hələ də yaxın düşmək olmur

Danışıqlar nəticəsiz qalıb

Azərbaycana məxsus "IL-76" yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın Əfqanıstanın paytaxtı Kabildə yerli hökumət rəsmiləri və koalisiya qüvvələri ilə apardığı növbəti danışıqlar da nəticəsiz başa çatıb. Simsar.az-ın bu barədə ANS-ə komissiyanın üzvü Tapdıq İmanov məlumat verib. 

“Reallıq yoxdur, bizim istədiymiz hadisə yerinə getməkdir. Normal araşdırma aparmaq üçün birinci həmin əraziyə getməliyik. O ərazinin yarısına Daxili İşlər Nazirliyinin qoşunları, yarısına isə “Taliban” qruplaşması nəzarət edir. Onlar deyir ki, risk edib bizi oraya apara bilmirlər Çünki orada döyüşlər gedir, quldurlar var. Biz də danışıqlar aparırıq, yerli camaatdan bir məlumat əldə etmək istəyirik ki, bəlkə onların bizə dediyi faktlar düzgündür, yoxsa düzgün deyil”,- deyə qəzanı araşdıran komissiyanın üzvü bildirib.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-da gecə saat 00:10 radələrində Əfqanıstanın Baqram Hava Limanı yaxınlığında enməyə hazırlaşarkən rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!