18 İyul, 2011
Yenə atəşkəs pozulub

Düşmən susdurulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən qüvvələri iyulun 17-də saat 19.40-dan 20.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 18-də saat 01.20-dən 01.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!